26.02.2020 15:15
399

"Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Cempion.az xəbər verir ki, xorvat futbolçu Vida "Vest Hem"in transfer hədəfindədir. London təmsilçisinin mövsümün sonunda İstanbul klubu ilə danışıqlar aparacağıq gözlənilir.
Maliyyə problemləri yaşayan "qara qartallar"ın 30 yaşlı futbolçunu satmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Vida 2018-ci ildə Kiyev "Dinamo"sundan "Beşiktaş"a keçib.