26.02.2020 15:30
380

Fevralın 27-28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək.
Cempion.az tədbirdə AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov və Aynur Abdullayeva iştirak edəcəklər.
Qeyd edək ki, seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunacaq.