cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ərəbistanında futbol liqası yaradılacaq

26.02.2020 21:00 Oxundu 428


Səudiyyə Ərəbistanında qadınlar üçün futbol liqası yaradılacaq.
Cempion.az BBC-yə istinadən xəbər verir ki, qarşılaşmalar paytaxt Əl-Riyadda və digər iki şəhərdə baş tutacaq. Xəbərdə bildirilib ki, çempionatın yaradılması vəliəhd şahzadə Məhəmməd ibn-Salmanın daha bir islahatıdır.
Ölkə rəsmiləri qərarın qadınların idmana marağının və iştiraklarının artırılması üçün verildiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarına qatılıb və onlara maşın sürmək üçün icazə verilib. Həmçinin ötən il qadınlar kişilərin icazəsi olmadan xaricə getməyə də razılıq alıblar.