cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Orkun Kökcü Avropa klublarının diqqətində

26.02.2020 19:30 Oxundu 413


“Feyenoord” klubunda forma geyinən Orkun Kökcü Avropanın böyük klublarının diqqətinə düşüb.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, La Liqadan “Sevilya”, “Valensiya” və “Betis”, İngiltərə Premyer Liqasından isə “Çelsi” və “Arsenal” 19 yaşlı yarımmüdafiəçini heyətlərinə cəlb etmək istəyirlər. 

“Sevilya”nın idman direktoru Ramon Monçi Niderlanda gedərək, “Feyenoord”un oyunlarında Orkunu izləyib. Orkun Kökcünün yeni mövsümdən artıq Avropanın “böyük beşlik” çempionatlarına üz tutacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm “Feyenoord”la 32 oyunda iştirak edən yarımmüdafiəçi üç qol vurub. Orkun 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Sabah”ın üzvü Ozan Can Kökcünün qardaşıdır. Orkun Kökcünün Türkiyə milli komandasında çıxış edəcəyi gözlənilir.