cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Real" və "Yuventus" uduzdu

27.02.2020 02:55 Oxundu 358


Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

Cempion.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Madirdə yönəlib. Burada "Real" "Mançester Siti"i qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar 4 dəqiqəyə 2 qol vuraraq əzmkar qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə "Yuventus" "Lion"un  qonağı olub. Turin klubu səfər matçında minimal hesabla uduzub. 

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

26 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2 
Qol: İsko, 60 (1:0), Qabriel Jesus, 78 (1:1), De Brüyne, 82 (1:2)
Baş hakim: Daniele Orsato (İtaliya)
"Santyaqo Bernabeu" stadionu

00:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 1:0 
Qol: Tousart,31
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
"Olimpik Lion" stadionu



25 fevral

“Çelsi” – “Bavariya” - 0:3

"Napoli” – “Barselona” - 1:1


20 fevral

"Atalanta" - "Valensiya" - 4:1

"Tottenhem" - "Leyptsiq" - 0:1

19 fevral

“Atletiko” – “Liverpul" - 1:0

“Borussiya” – PSJ - 2:1