cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Bavariya"da şok itki

27.02.2020 14:33 Oxundu 385

"Bavariya" ciddi itki ilə üzləşib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, komandanın qol silahı Robert Levandovski Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilk matçda (3:0) zədələnib. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Levandovski London təmsilçisi ilə görüşdə komandasının 3-cü qolunun müəllifi olub. O, bu mövsüm Bundesliqda isə 23 oyunda 25 qol vurub.