cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

I Divizionda limit dəyişməyəcək

27.02.2020 15:00 Oxundu 448

Hazırda I Divizionda tətbiq olunan limit futbol ictimaiyyəti tərəfindən ciddi tənqid olunur.

Cempion.az xəbər verir ki, bu limit yaşı 23-dən yuxarı olan futbolçuları faktiki məhv edir.

Çünki hazırkı limitə görə I Divizionda hər komandanın heyətində yaşı 23-dən yuxarı yalnız 3 futbolçu yer ala bilər. Qalan bütün futbolçuların yaşı 23-dən aşağı olmalıdır. Bu limit səbəbindən ölkədə 23 yaşlı futbolçu tapmaq xeyli çətinləşib. Lakin bütün bunlara baxmayaraq AFFA növbəti mövsümdə də hazırkı limiti saxlamağı düşünür. Redaksiyamıza daxil olan məlumata görə, İK-nın növbəti iclasında bu məsələnin müzakirəsi nəzərdə tutulmayıb.