27.02.2020 19:00
402

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixində ən çox qırmızı vərəqə alan oyunçular sırasına daxil olub.
Cempion.az xəbər verir ki, ispan müdafiəçi son olaraq Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk matçda (1:2) birbaşa qırmızı vərəqə görüb.
Bununla da, o, ÇL-də 4 qırmızı vərəqə alan Zlatan İbrahimoviç və Edqar Davidsin rekordunu təkrarlayıb.