27.02.2020 14:50
390


Mançester Yunaytedin keçmiş üzvü Tosiç klubunu dəyişib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını koronavirus epidemiyasının üzə çıxdığı və geniş yayıldığı Çində davam etdirəcək. O, II liqada çıxış edən "Tayçjou Yuanda" komandasına transfer olub..
2017-ci ildən "Partizan"ın formasını geyinən Tosiç müxtəlif vaxtlarda İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Köln", Rusiyanın MOİK klublarında çıxış edib.
Qeyd edək ki, Çinin 31 əyalətində koronavirusa ümumilikdə, 78 497 yoluxma halı aşkarlanıb. Onlardan 2 744 nəfəri dünyasını dəyişib.