27.02.2020 18:20
436


Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanıblar.
Cempion.az Milli Paralimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək bu növ üzrə daha 2 lisenziya ayırıb.
Qeyd edək ki, lisenziyaları qadın üzgüçü, dünya reytinqində onluqda olan Dana Şandıbina və 2019-cu ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.