cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Lempardın göndərəcəyi futbolçular

27.02.2020 18:40 Oxundu 435

"Çelsi"nin baş məşqçisi Frenk Lempard mövsümün sonunda bəzi futbolçularını komandadan göndərəcək.
Cempion.az "The Sun" nəşirinə istinadən xəbər verir ki, Jorjinyo, Ross Barkli, Kepa Arrisabalaqa, Kurt Zuma, Villian, Pedro Rodriqes, Markos Alonso, Emerson, Mişi Batşuayi və Olivye Jiru ingilis mütəxəssisin qara siyahısına düşüblər.
London təmsilçisi göndəriləcək futbolçuların əvəzinə yenilərinin alınması üçün böyük büdcə ayıracaq.