cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Qvardioladan yeni rekord

27.02.2020 19:20 Oxundu 414

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyunu Qvardiola üçün əlamətdar olub.
Cempion.az xəbər verir ki, ispaniyalı mütəxəssis pley-offda 28-ci qələbəsini qazanıb və bu göstəricidə liqa tarixində yeni rekord müəyyənləşdirib. İndi Pep hərəyə 27 qələbəsi olan Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqüssonu qabaqlayır.

Qeyd edək ki, “Mançester Siti” rəqibini 2-1 hesabı ilə məğlub edib. Klublar arasında cavab oyunu martın 17-də İngiltərədə keçiriləcək.