cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Avroliqa oyunu fırtınaya görə sabaha qaldı

28.02.2020 09:55 Oxundu 385

Avropa Liqasının 1/16 final mərhələsində dünən keçirilməli olan "Zalsburq" -  "Ayntraxt" cavab matçı təxirə salınıb.

Cempion.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Fırtına xəbərdarlığına görə, oyun baş tutmayıb. Görüş bu gün Bakı vaxtı ilə 21:00-də başlayacaq. 

Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.