cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Həmyerlimiz Estoniyada problemlə üzləşdi

28.02.2020 11:00 Oxundu 401


“Trans-Narva”ya keçən azərbaycanlı futbolçu Nurlan Novruzov bu ölkənin martın 1-də keçirilməli olan Estoniyanın Superkubok matçında son çempion “Flora”ya qarşı oynamaya bilər.

Cempion.az xəbər verir ki, buna səbəb N.Novruzovun işçi vizası ala bilməməsidir.

Narva klubunun prezidenti Nikolay Burdakov bu barədə açıqlama verib:

“Biz hələ ona işçi vizası ala bilməmişik. Onun alınması üçün bütün lazımi sənədləri vermişik, amma bu barədə qərar hələ verilməyib. Gözləyirik. Novruzovun özü indi Rusiyadadır.

Oxşar situasiya bizim digər iki legionerimizlə də bağlı yaranıb. Onlar “Flora”ya qarşı dəqiq oynamayacaqlar. Ancaq işçi vizası almağı çatdırsaq, Novruzov oynaya bilər”.

Nurlan Novruzov fevralın 21-də baxışdan uğurla keçərək “Trans”la müqavilə bağlayıb.