cümə axşamı, 19 iyun 2025

DÜNYA FUTBOLU

Maradona: "Messi mənim etdiklərimi bacarmazdı”

28.02.2020 11:27 Oxundu 385


Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.

Cempion.az xəbər verir ki, 59 yaşlı sabiq oyunçu jurnalistin “Messi gələcəkdə “Napoli”də çıxış edə bilərmi?” sualına belə cavab verib:

“Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi “Napoli”də oynaya bilər.

Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. “San Paolo” stadionunun Dieqosu olsa da, ümid edirəm ki, “Napoli” azarkeşlərinin bir Messisi olar”.