28.02.2020 12:23
410

Cənubi Amerika Super Kubokunun qalibi müəyyənləşib.
Cempion.az xəbər verir ki, həlledici qarşılaşmada Ekvador təmsilçisi "İndependyente"ni 3:0 hesabı ilə məğlub edən Braziliyanın "Flamenqo" klubu titula sahib olub.
Jorji Jezuş 2019-cu ildən çalışdırdığı Rio-de-Janyero təmsilçisində 5-ci kuboku qazanmağa müvəffəq olub.
Portuqaliyalı mütəxəssis bu müddət ərzində 4 məğlubiyyət yaşayıb. "Flamenqo" Jezuşun rəhbərliyi altında "Liverpul", "Santos", "Bahia" və "Derrotas"a uduzub.