28.02.2020 15:15
371

“Napoli”nin futbolçusu Kalidu Kulibali yayda komandanı tərk edəcək.
Cempion.az xəbər verir ki, Kulibalinin PSJ-yə keçəcəyi bildirilir.
Seneqallı futbolçunun Parisdə ev aldığı da deyilir. O, Parisin 15-ci məhəlləsində dəyəri 4 milyon avroya olan mənzil alıb.
Kulibali ilə Avropanın bir neçə top-klubu maraqlanırdı. Paris klubu onu Tyaqo Silvanın yerinə transfer edir. Kapitan artıq 35 yaşındadır. Seneqalı futbolçunun transferinin PSJ-yə 75-80 milyon avroya başa gələcəyi güman olunur.