cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

AFFA Arbitraj Tribunalının qərarını açıqlayıb

28.02.2020 12:45 Oxundu 390


AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb. 
Cempion.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Badamlı” Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin fevralın 11-dəki qərarı ilə futzalçı Ali Mikaeilinin iki oyunluq cəzalandırılması qüvvədə saxlanılıb. 

Qeyd edək ki, A.Mikaeilli “Forza Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyununda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Görüş "Badamlı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda da rəqibini 7:3 hesabı ilə üstələyən komanda növbəti mərhələyə vəsiqə qazanıb.