28.02.2020 13:15
390

İngiltərənin "Mançester Yunayted" klubu 2013-cü ildən sonra ilk dəfə avrokuboklarda 5 və daha çox qol fərqi ilə qələbə qazanıb.
"Cempion.az xəbər verir ki, İngiltərə təmsilçisi buna Belçika "Brügge"sini 5:0 (ilk oyun 1:1) hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda nail olub.
"Qırmızı şeytanlar" son olaraq 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Almaniya "Bayer"ini (Leverkuzen) eyni hesabla məğlub etmişdilər