cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

28.02.2020 13:30 Oxundu 404


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasiminə 1/16 final mərhələsinə yüksələn komandalar qatılacaqlar. Onlardan 15-i artıq müəyyənləşdiyi halda, sonuncu vəsiqənin sahibi təxirə salınmış cavab görüşünün yekununda bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

1/8 final mərhələsinin iştirakçıları:

"Bazel" (İsveçrə)

"Kopenhagen" (Danimarka)

"Xetafe" (İspaniya)

"İnter" (İtaliya)

"Başakşehir" (Türkiyə)

"LASK" (Avstriya)

"Bayer" (Leverkusen, Almaniya)

"Mançester Yunayted" (İngiltərə)

"Olimpiakos" (Yunanıstan)

"Reyncers" (Şotlandiya)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Şaxtyor" (Donetsk, Ukrayna)

"Volfsburq" (Almaniya)

"Vulverhempton" (İngiltərə)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi

1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayacaq, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, ilk oyunlar martın 12-də, cavab görüşləri martın 19-da olacaq.