cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Avroliqanın təxirə salınan matçının vaxtı açıqlandı

28.02.2020 12:28 Oxundu 385

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 27-də Avstriya “Zalsburq”u ilə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubları arasında keçirilməli olan cavab oyununun təxirə salındığını xəbər vermişdik.

Cempion.az xəbər verir ki, artıq sözügedən matçın nə vaxt keçiriləcəyi bəllidi.

“Zalsburq”un rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün - fevralın 28-də keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Sözügedən matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi.

Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişd