bazar ertəsi, 19 may 2025

DÜNYA FUTBOLU

İtaliyalı futbolçu karyerasını bərpa edib

28.02.2020 13:47 Oxundu 364

İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.
Cempion.az xəbər verir ki, 33 yaşlı təcrübəli hücumçu karyerasını ABŞ-da davam etdirəcək. Bu ölkənin mətbuatı Rossinin MLS təmsilçisi "Real Solt-Leyk"lə müqavilə bağladığını yazıb.

ABŞ-da anadan olan Rossi artıq yeni komandası ilə birgə məşqlərə start verib. Futbolçu 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Cüzeppe Rossi karyerası ərzində “Mançester Yunayted”, Nyukasl”, “Fiorentina”, “Vilyareal”, “Selta” və “Parma”da da çıxış edib. O, İtaliya yığmasının heyətində 30 oyunda 7 qol vurub.