cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

İspaniyalı futbolçu "Real"ın hədəfində

28.02.2020 15:47 Oxundu 400

Madridin "Real" klubu "Napoli"nin ispanyalı yarımmüdafiəçisi Ruizi heyətinə cəlb etmək istəyir.
Cempion.az "La Gazzeta" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu futbolçu üçün Neapol təmsilçisinə 70 milyon avro təklif göndərməyə hazırlaşır. İtaliya klubu bu təklifə nə cavab verəcəyi və nə qədər məbləğ tələb edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Fabian Ruiz 2018- ci ildə 30 milyon avro qarşılığında "Betis"dən "Napoli"ə transfer olan  23 yaşındakı yarımmüdafiəçi bu mövsüm 31 rəsmi oyuna cıxıb və 2 qol vurub