cümə axşamı, 29 may 2025

DÜNYA FUTBOLU

Belçikalı futbolçu İngiltərədə qalacaq

28.02.2020 16:40 Oxundu 459

“Mançester Siti”nin belçikalı kapitanı Kevin de Brüyne klubda qalacağını açıqlayıb.
Cempion.az “The Athletic” nəşirinə istinadən xəbər verir ki, UEFA-dan gələn 2 illik cəzadan sonra bəzi futbolçular klubdan ayrılacaqlarını açıqlayıblar. Bu adlardan birinin Kevin de Brüyne olub olmaması maraq dairəsində idi və futbolçunun adı bəzi Avropa klubları ilə bir yerdə çəkilirdi.
Belçika millisinin üzvü “The Athletic”ə verdiyi müsahibəsində bunları deyib:
“Mançester Siti”dən ayrılmayacam. Burada çox xoşbəxtəm və klubda qaldığıma görə də xoşbəxt olacam” ifadələrini söyləyib.

Qeyd edək ki, oyun qurucusu 2015- ci ildə 76 milyon avro qarşılığında "Volfsburq"dan heyətə cəlb edilib. De Bruyne bu mövsüm  34 rəsmi oyuna çıxıb 9 qol 20 asistlə yadda qalıb.