28.02.2020 17:40
379

İngiltərənin "Nyukasl" klubunda koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə rəsmən qadağa qoyulub.
Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.