cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib

28.02.2020 16:19 Oxundu 435


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasim saat 16:00-da start götürüb.

1/8 final mərhələsinin 15 iştirakçısı məlumdur. Digər bir iştirakçı da bu gün keçiriləcək “Ayntraxt” – “Zalsbruq” matçından (ilk oyun 4:1) sonra bilinəcək.

1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi:

''Başakşəhər" (Türkiyə) – ''Kopenhagen'' (Danimarka)

''Olimpiakos'' (Yunanıstan) – ''Vulverhempton'' (İngiltərə)

''Reyncers'' (Şotlandiya) – ''Bayer'' (Leverkuzen, Almaniya)

''LASK'' (Avstriya) - ''Mançester Yunayted'' (İngiltərə)

''İnter'' (İtaliya) - ''Xetafe'' (İspaniya)

''Sevilya'' (İspaniya) - ''Roma'' (İtaliya)

''Volfsburq'' (Almaniya) - ''Şaxtyor'' (Donetsk, Ukrayna)


''Ayntraxt'' (Frankfurt, Almaniya)  - ''Zalsburq'' (Avstriya) cütünün qalibi - ''Bazel'' (İsveçrə)