28.02.2020 19:30
408


Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.
Cempion.az ölkənin yerli mətbuat orqanlarına istinadən xəbər verir ki, həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın "Sepahan" klubunda çıxış edib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb və 245 yoluxma halı qeydə alınıb.