cümə, 02 may 2025

BİZİM FUTBOL

Almeyda Azərbaycan millisindən imtina etməyəcək

29.02.2020 12:00 Oxundu 435

"Qarabağ"dan ayrılandan sonra Riçard Almeydanın Azərbaycan millisindən imtina edəcəyinə dair iddialar səslənirdi. 
Cempion.az xəbər verir ki, hətta bununla bağlı mətbuatda da xəbərlər getmişdi.
Lakin bu xəbərlərin heç birinin əsası yoxdur. Bununla bağlı saytımıza açıqlamasında braziliyalı özü məlumat verdi: "Bu məlumatlar hardan qaynaqlanır, bilmirəm. Tam səmimi deyirəm ki, belə bir fikrim yoxdur. Azərbaycan mənim ikinci evimdir. Nə zaman milliyə dəvət gəlsə, canla-başla gəlib milli formanı geyinəcəm".