29.02.2020 14:00
473


Xəbər verdiyimiz kimi, yeni yaradılanil U-18 milisinə Elxan Abdullayev baş məşqçi təyin olundu.
Cempion.az-a daxil olan məlumata görə, artıq yeni yığmanın ilk toplanış günü də məlum olub.
Martın 2-də U-18 Bakıda ilk toplanışına yığışır. Seleksiya xarakterli toplanışa Premyer Liqa və eləcə də I Divizion, U-17 liqasından 80-ə yaxın futbolçu cəlb olunacaq. Toplanışın saatı sabah məlum olacaq.