29.02.2020 15:10
458


PFL prezidenti Ramin Musayevin Premyer Liqada komanda sayının artırılması ilə bağlı son açıqlanması heç də birmənalı qarşılanmadı. Çoxları bu açıqlamanın "Qəbələ"yə hesablanmış olduğu qənaətindədir. Çünki "Səbail", "Sabah", "Sumqayıt" kimi klublar autsayder olduğu dönəmlərdə heç vaxt bu cür açıqlamalar olmurdu. Lakin "Qəbələ" 6 xallıq fərqlə sonuncu pillədə "möhkəmlənən" kimi bu cür açıqlama verilir. Yənin sonuncu pilləni tutan komandanın I Diviziona göndərilməsi ilə bağlı.
Cempion.az-a etibarlı mənbədən daxil olan məlumata görə, məhz bu söhbətdən sonra "Qəbələ" rəhbərliyi AFFA-nın icraçı vitse-prezidenti ilə görüşmək fikrinə düşüb.
Bu məsələni müzakirə etmək üçün. "Qəbələ" rəhbərliyi sonuncu yerə tutacaqları halda elitada qalacaqlarına dair zəmanət almaq istəyir. Yəni onların növbəti mövsümlə bağlı planları bundan çox asılıdır.