cümə, 02 may 2025

BİZİM FUTBOL

Vaqif Sadıqov U-23 məsələsini yenidən qaldıracaq

29.02.2020 17:00 Oxundu 374

Bildiyiniz kimi, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-23 millisinin yaradılması təşəbbüsü ilə çıxış etsə də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu təklifi məqbul saymamışdı.
Cempion.az-a daxil olan məlumata görə, Sadıqov yenidən bu təkliflə bağlı cəhd etmək istəyir.
Belə ki, veteran futbolçu İcraiyyə Komitəsinin mart ayında nəzərdə tutulan toplantısında bu məsələni yenidən qaldırmağı düşünür. Sadıqov layihənin uğurlu olacağını əsaslandırmağa çalışacaq.