29.02.2020 10:23
377

İtaliyanın “Pyaneze” klubu üç futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.
Cempion.az xəbər verir ki, bu barədə D liqası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Virusa yoluxanlar sırasında klubun bir əməkdaşı da var.
Qeyd edək ki, İtaliyada koronavirus xəstəliyi geniş yayılıb. Bu xəstəliyə tutulanların sayının 600-ü keçdiyi, 17 nəfərin isə öldüyü bildirilir.