cümə, 02 may 2025

DÜNYA FUTBOLU

Marko van Basten: "Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır”

29.02.2020 12:30 Oxundu 414


Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Kriştiano Ronaldo – Lionel Messi müzakirəsinə qoşulub.

Cempion.az “Marca”ya istinadən xəbər verir ki, o, Ronaldonun əla oyunçu oldunu bildirsə də, Lionel Messini daha üstün tutub: 

“Kim ki, Ronaldonun Messidən güclü olduğunu iddia edirsə, deməli, ya futboldan başı çıxmır, ya da səmimi deyil. Messi qeyri-adi və təkrarolunmazdır. Belə futbolçular 50, 100 ildə bir yetişirlər. O, dahi kimi doğulub. Mən 28 yaşımda futbol oynamağı bitirdim. O vaxta kimi 3 “Qızıl top” qazanmışdım. Ronaldo və Messinin səviyyəsinə baxın. Yaşlar 30-u keçib”.