29.02.2020 14:40
379

"Barselona"nın futbolçusu Jordi Alba zədəsini sağaldıb.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqlərdə iştirak edib. Onun La Liqanın 26-cı turunda keçiriləcək "Real"a qarşı matçda oynayacağı bildirilib.
Qeyd edək ki, J.Alba fevralın 15-i ölkə çempionatının 24-cü turunda "Xetafe" ilə oyunda zədələnmişdi.
Əlavə edək ki, "Real" - "Barselona" görüşü martın 1-i keçiriləcək.