29.02.2020 16:43
385

İran çempionatında 21-ci tura yekun vurulub.
Cempion.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" səfərdə "Pars Jonoubi" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Traktor" hazırda turnir cədvəlində 37 xalla 3-cü pillədə qərarlaşıb. "Persepolis" 44 xalla 1-ci, "Sepahan" 37 xalla 2-cidir.