29.02.2020 12:15
422

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsimləşdirib.
Cempion.az Azərbaycan Milli Karate Federasiyasının sayıtına istinadən xəbər verir ki, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev olimpiadaya vəsiqəni rəsmiləşdirib. Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Nəticədə azərbaycanlı karateçi ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Məşqçilər də bu xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.