29.02.2020 15:47
394

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"nin "Səbail" komandası ilə keçirəcəyi XIX tur matçının biletləri satışa çıxarılıb.
Cempion.az klubun rəsmi saytına istinadən verir ki, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.
Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 1-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Səbail” oyunu saat 17:00-da başlanacaq.