29.02.2020 17:47
425

Rusiyanın "Neftyanik" uşaq komandasının futbolçuları Ulyanovsk yaxınlığında qəzaya düşüblər.
Cempion.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komandanı daşıyan avtobus dərəyə yuvarlanıb.
Avtobusda 26 uşaq və 3 məşqçi olub. Qəza nəticəsində 9 uşaq xəsarət alıb. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan başqa, məşqçilərdən birinə də tibbi yardım göstərilib. Avtobusun digər sərnişinləri isə qorxaraq qaçıblar. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 27 canlı qüvvə və 12 texnika göndərilib.
İlkin versiyaya əsasən, sürücü yolun həmin hissəsinin keyfiyyətsiz olması səbəbindən idarəetməni itirib. Qəzanın dəqiq səbəbləri barədə mütəxəssislərin rəyindən sonra açıqlama veriləcək.