29.02.2020 21:40
388

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Cempion.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
Ruslan Abışovun vəziyyəti nə yerdədi?
Ruslanın zədəsi mən komandaya gəlməmişdən əvvəl də vardı. Zədə Türkiyədəki təlim-məşq toplanışında yenidən özünü göstərdi. Buna görə onda psixoloji problemlər də yaranmışdı. Biz istəyirik ki, o, yavaş-yavaş komandaya qoşulsun. Təbii ki, Ruslan da bizim üçün vacib futbolçudu. Amma onun bir an öncə komandaya qayıtması iki aylıq zədələnməsinə səbəb ola bilər.
Nəticə yəqin ki, ürəyinizcədi. Bəs oyun?
“Qarabağ”da Zubir, Romero kimi vacib futbolçular var. Bu futbolçulara qarşı açıq oynasaq, böyük hesabla məğlub olarıq. Bu gün futbolçular meydanda hər şeyi etdilər. Bizim şansımız gətirdi ki, Saşa Stamenkoviç kimi qapıçımız var. Hər məşqçi oyundan əvvəl bəzi məşqlər etdirir. Amma meydana gələndə təkcə mənim komandam üçün deyil, “Qarabağ” üçün də qaranlıq məqamlar olur.
Sayılmayan qol epizodu haqqında nə deyə bilərsiz?
Hakimlər, qollar, epizodlar barəsində danışmıram.
Xəbəriniz var ki, o təmiz qol idi?
Xəbərim yoxdu. Hakimlər haqqında danışmıram. Biz məşqçiyik, onların səhvləri barədə danışa bilmərəm. Hakim “qoldu” deyirsə, qoldu.