cümə axşamı, 19 iyun 2025

BİZİM FUTBOL

Millimizin üzvü oynamadı

01.03.2020 11:33 Oxundu 381


Ukrayna Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Cempion.az-ın məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Lviv"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

P.Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, "Aleksandriya" hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.