01.03.2020 12:00
334

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları davam edir.
Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Hamburq"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan Nazarov 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 34 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 7-ci pillədə qərarlaşıb.