cümə axşamı, 02 aprel 2026

BİZİM FUTBOL

Oğrular "Sumqayıt"ın bazasını yardı və türk koordinatorun noutbukunu oğurladı

01.03.2020 13:00 Oxundu 472


Ötən gün “Sumqayıt” klubunun bazasında oğurluq baş verib.

Cempion.az xəbər verir ki oğrular  “Sumqayıt” Futbol Akademiyasının baş koordinatoru Hakan Sünalın otağına daxil olaraq, onun noutbukunu oğurlayıb.

Oğurluq hadisəsi müşahidə kamerasına da düşüb. Bununla bağlı polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər, əl izlərini götürüblər. Hazırda oğrunun axtarışı gedir.