cümə, 02 may 2025

DÜNYA FUTBOLU

"Liverpul"un 44 oyunlq məğlubiyyətszi seriyasını autsayder qırdı

01.03.2020 14:36 Oxundu 346

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Cempion.az xəbər verir ki, turun sürpris nəticəsi Uotfordda qeydə alınıb. Şəhərin eyniadlı komandası lider “Liverpul”la qarşılaşıb. Mersisaydlılar gözlənilmədən səfərdə autsayderə 3 cavabsız qolla uduzub.

Mövsümdə ilk məğlubiyyətini alan Yurgen Kloppun komandası Premyer Liqada 44 oyun idi ki, uduzmurdu.

“Uotford” – “Liverpul” – 3:0
Qollar: Pereyra, 37, Sarr, 54, 60

Bu nətcidən sonra xalını 27-ə çatdıran "Uotford" 19-cu pillədən 17-ci yerə yüksəlib. "Liverpul" isə 79 xalla ilk pillədədir.