çərşənbə, 04 iyun 2025

DÜNYA FUTBOLU

Sulşer şəxsi skautunu İtaliyaya göndərdi

01.03.2020 17:00 Oxundu 395

"Mançester Yunayted" yayda heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Cempion.az xəbər verir ki, baş məçqçi Ole Qunnar Sulşer "Fiorentina"nın oyunçusu Federiko Kyezanı komandaya gətirmək niyyətindədir.

Sulşerin şəxsi skautu artıq Florensiyaya gedərək 25-ci turda "Milan"la matçda (1:1) 22 yaşlı hücumçunu izləyib.

İngiltərə təmsilçisi futbolçunu transfer edəcəyi təqdirdə 60 milyon funt sterlinq ödəməli olacaq. F.Kyeza bu mövsüm 22 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini verib.