01.03.2020 19:35
491

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Cempion.az xəbər verir ki, o, 1:2 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Hər iki qolda qapıçı Orxan Sadıqlının səhvi oldu…
- Bir neçə oyundu ki, bu haqda danışılıb. Qapıya gedən hər zərbə qol olur.
- İkinci hissədə əks-hücumlar görmədik…
- Bir neçə epizodumuz oldu. Amma istər-istəməz hesabda öndəydik.
- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynov olmayanda bu işi görə biləcək futbolçunuz yoxdu?
- Komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidi. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də, orda topu saxlamaqda çətinlik çəkirdik.