cümə, 02 may 2025

DÜNYA FUTBOLU

“Bavariya” dan yeni rekord

01.03.2020 20:00 Oxundu 370


Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunda “Hoffenhaym”ı səfərdə 6:0 hesabıyla məğlub edən “Bavariya” yeni rekord müəyyənləşdirib.
Cempion.az xəbər verir ki, Münhen təmsilçisi ardıcıl 5-ci səfər oyunundan ən azı 3 qolla dönməyi bacarıb.

Bu isə Bundesliqa tarixində yeni rekorddu. Komanda əvvəlki səfər görüşlərində “Köln” (4:1), “Maynts” (3:1), “Herta” (4:0) və “Frayburq”a (3:1) qalib gəlib. Hans Flikin yetirmələri sonuncu dəfə ötən il dekabr ayının 7-də Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmada məhsuldarlıq baxımından çətinlik çəkib (1:2).

Qeyd edək ki, hazırda aktivində 52 xal olan “Bavariya” turnir cədvəlinə başçılıq edir.