cümə, 02 may 2025

DÜNYA FUTBOLU

''Tottenhem'' uduzdu, ''MY'' səfərdə heç-heçə etdi

01.03.2020 21:00 Oxundu 419


İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, turun açılış matçında “Norviç”lə “Lester” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Lider “Liverpul” bu turda “Uotford” səfərinə yollanıb. “Qırmızılar”ın autsayderlə oyunda da asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Amma Yurgen Kloppun komandası bu görüşdə böyük hesabla məğlub olub. “Çelsi” isə “Bornmut” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Sonuncu oyun günündə səfərdə “Everton”la qarşılaşan “Mançester Yunayted” xal itkisi ilə üzləşib. “Tottenhem” isə “Vulverhempton”la ev oyunundan məğlub ayrılıb.

Bu tur keçirilməsi nəzərdə tutulan “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçları təxirə salınıb. Buna səbəb “şəhərlilər”in İngiltərə Liqa kubokunun final matçında “Aston Villa” ilə oyununun olmasıdır.

İngiltərə Premyer Liqası, 28-ci tur

28 fevral

''Norviç" – ''Lester'' 1:0
Qol
: J.Luis, 70.

29 fevral

''Brayton" – ''Kristal Pelas'' 0:1
Qol
: Ayyu, 70.

''Bornmut'' – ''Çelsi'' 2:2
Qol
: Lerma, 54. Kinq, 57 – Alonso, 33; 85.

''Nyukasl'' – ''Bernli'' 0:0

''Vest Hem'' – ''Sauthempton'' 3:1
Qol
: Bouen, 15. Haller, 40. Antonio, 54 – Obafemi, 31.

''Uotford'' – ''Liverpul'' 3:0
Qol
: Sarr, 54; 60. Dini, 72.

1 mart

''Everton'' – ''Mançester Yunayted'' 1:1
Qol
: Levin, 3 – B.Fernandes, 31.

''Tottenhem'' – ''Vulverhempton'' 2:3
Qol
: Berqveyn, 13. Orye, 45 – Doherti, 27. Jota, 57. R.Ximenes, 73.