cümə, 02 may 2025

DÜNYA FUTBOLU

Son gündə iki heç-heçə

01.03.2020 22:45 Oxundu 400


Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, turun açılış matçında Düsseldorf “Fortuna”sı “Herta”nı qəbul edib. İlk yarını 3:0 öndə bitirən meydan sahibləri fasilədən sonra bir o qədər qol buraxmaqla meydanı heç-heçə ilə tərk etməli olublar.

Lider “Bavariya” bu turda çətin “Hoffenhaym” səfərinə yollanıb. Amma Münhen nəhəngi bu oyunda asan qələbəyə – 6 cavabsız qola sevinib. Dortmund “Borussiya”sı “Frayburq”la ev oyunundan minimal hesabla qalib ayrılıb. Münhenqladbax “Borussiya”sı da “Auqsburq”la səfər oyununda çətin qələbə qazanıb. “Maynts” “Paderborn”u, “Köln” də “Şalke”ni məğlub yola salıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Yunion” “Volfsburq”la, “Leyptsiq” isə “Bayer”lə oyundan heç-heçə ilə ayrılıb.

Bu tur keçirilməsi nəzərdə tutulan “Verder” – “Ayntraxt” matçı təxirə salınıb.

'Almaniya Bundesliqası, 24-cü tur

28 fevral

''Fortuna'' – ''Herta'' 3:3
Qol
: K.Karaman, 6; 45+1. Tommi, 9 – Tommi, 64-öz qapısına. Kunya, 66. Piontek, 75-pen.

29 fevral

''Auqsburq'' – ''Borussiya M'' 2:3
Qol
: Louen, 57. Finnboqason, 83 – Bensebaini, 49. Ştindl, 53; 79.

''Borussiya D'' – ''Frayburq'' 1:0
Qol
: Sanço, 15.

''Hoffenhaym'' – ''Bavariya'' 0:6
Qol
: Qnabri, 2. Kimmix, 7. Zirkze, 15. Koutinyo, 33; 47. Qoretska, 62.

''Maynts'' – ''Paderborn'' 2:0
Qol
: Kayson, 29. Onisivo, 37.

''Köln'' – ''Şalke'' 3:0
Qol
: Bornau, 9. Kordoba, 39. Nubel, 75-öz qapısına.

1 mart

''Yunion'' – ''Volfsburq'' 2:2
Qol
: Andersson, 41. Fridrix, 56 – Gerhardt, 60. Veqorst, 81.

''Leyptsiq'' – ''Bayer'' 1:1
Qol
: P.Şik, 32 – Beyli, 29.