
Türkiyə Super Liqasında 24-cü turun oyunları keçrilib.
Cempion.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul klubu səfərdə əzmkar qələbəyə sevinib.
Son turda doğma azarkeşləri qarşısında “Qalatasaray”a məğlub olan “Fənərbaxça” bu dəfə çətin “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda da xal itirib. “Konyaspor” – “Kasımpaşa” matçlarında qapılara qol vurulmayıb. “Trabzonspor” isə “Rizəspor”la qarşılaşmada darmadağına imza atıb.
“Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib və darmadağınla qalib gəlib. Lider “Başakşəhər” isə “Qaziantep”i sınağa çəkəcək.
Türkiyə Super Liqası, 24-cü tur
28 fevral
''Alanyaspor'' – ''Beşiktaş'' 1:2
Qol: J.Fernandes, 37 – B.Yılmaz, 70; 86-pen.
29 fevral
''Konyaspor'' – ''Kasımpaşa'' 0:0
''Trabzonspor'' – ''Rizəspor'' 5:2
Qol: Da Kosta, 65. Ekuban, 71. Sosa, 77-pen. Nvakaeme, 86. Ndiaye, 90+7 – Melnyak, 36. Şkoda, 90+5-pen.
''Antalyaspor'' – ''Fənərbaxça'' 2:2
Qol: Amilton, 52. H.Özmert, 57 – Muriqi, 35. Zayç, 90+7.
1 mart
''Dənizlispor'' – ''Yeni Malatyaspor'' 2:0
Qol: M.Yumlu, 34. Barrou, 75.
''Ankaragücü'' – ''Sivasspor'' 0:3
Qol: H.Arslan, 69. M.Yandaş, 74. Yatabare, 90+1.
''Qalatasaray'' – ''Gənclərbirliyi'' 3:0
Qol: Donk, 3. Falkao, 33; 69.
2 mart
21:00 ''Başakşəhər'' – ''Qaziantep''
21:00 ''Kayserispor'' – ''Göztəpə''