cümə, 02 may 2025

DÜNYA FUTBOLU

"Fənərbağça"da baş məşqçi ayrılığı - RƏSMİ

02.03.2020 00:43 Oxundu 406

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin öz istəyi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

E.Yanalın son dəfə komandanı Türkiyə kubokunun yarımfinalında "Trabzonspor"la ilk oyuna çıxacaracağı bildirilib.

Qeyd edək ki, E.Yanal 2018-ci ilin dekabrından İstanbul klubunu çalışdırırdı.

Xatırladaq ki, "Fənərbaxça" hazırda Türkiyə Superliqasında 39 xalla 7-ci pillədə qərarlaşıb.